Tarix: 2024
Kateqoriya/və ya sənaye: Dövlət layihəsi
Layihədə göstərilmiş xidmətlər:
Tanınmış memar Zaha Hadid tərəfindən dizayn edilmiş Heydər Əliyev Mərkəzi 2012-ci ildə istifadəyə verilmişdir. Möhtəşəm dalğavari quruluşa malik və paklıq və sülh rəmzi olan ağ rəngli Mərkəz Bakının müasir simvollarından birinə çevrilib. Müasir tələblərə cavab verən və ən son texnolojij yeniliklərin tətbiq edildiyi mərkəzdə 11 iqlim idarə edilməsi zonası, müxtəlif tip işıqlandırma sistemlərinin idarə edilməsi sistemi, iclas otağın üçün xüsusi media idarə edilmə sistəmləri tətbiq edilmişdir. İstifadə edilmiş elektrik avadanlıqları və sistemləri beynəlxalq standartlara cavab verməklə keyfiyyətli və qüsursuz istifadəni mümkün etmişdir.
İşıqlandırma sistemlərinin özəllikləri məkanın memarı özəllikləri vurğulamaqla müxtəlif tədbirlərin formatına və təyin edilmiş özəlliklərə əsasən idarə edilməsi üçün şərait yaradır. Həm üfuqi, həm də şaquli pərdə və jalüz idarə etmə sistemlərinin istifadə edilməsi interyerə xüsusi özəllik bəxş edib.
Əlaqə üçün, telefon nömrənizi qeyd edin.